Banan, mixək və sitrus ətri — bunlar əlavə deyil, mayanın işidir.
Salyan Blanche iki növ Belçika mayası ilə qıcqırdılır. Qıcqırma zamanı maya efirlər və fenollar əmələ gətirir — banan, mixək və sitrus qabığı ətri məhz bundandır.
Pivənin acılığı azdır (təxminən 14 IBU), dadı yumşaqdır. 6–8 °C-yə qədər soyudub geniş bokalda için.
